Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yaloba kənd tam orta məktəbində Xocalı soyqırımının qurbanları yad edildi

0

  • Fevralın 23-də Xocalı rayon Yaloba kənd tam orta məktəbində Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Məktəbin Uşaq Birliyi Təşkilatının hazırladığı tədbirdə Vətən müharibəsi iştirakçısı Elnur Quliyev, şəhid ailəsi Nəzakət İsmayılova, "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.  Tədbir iştirakçıları əvvəlcə qəsəbədə ucaldılmış "Ana harayı" abidəsini ziyarət edərək şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq gül dəstələri düzdülər. Məktəbin akt zalında davam edən tədbirdə Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.Məktəbin ingilis dili müəllimi Bəxtiyar Əhmədov məruzə ilə çıxışında Xocalı soyqırımının təfsilatı və nəticələri haqqında, beynəlxalq aləmdə tanıdılması istiqamətində "Xocalıya Ədalət" beynəlxalq təbliğat kapmaniyasının gördüyü işlərdən, həmçinin Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsində Heydər Əliyevin tarixi rolundan danışdı. Sonra şagirdlər Xocalı Özünümüdafiə Batalyonunun tibb bacısı, həm də döyüşçüsü olmuş, "İgidliyə görə" medalı ilə təltif edilmiş Xocalının mərd qadını Zöhrə Quliyevanın döyüş yolundan bəhs edən bədii kompozisiya nümayiş etdirdilər. Ağdamın Şəhidlər Xiyabanında dəfn edilmiş Zöhrənin viran olmuş qəbrinin bacısı Nəzakətin göz yaşları ilə axtarması səhnəsinə aid Qalib Bəyməmmədoğlunun "Salam itkin ruhlar, viran qəbirlər " adlı şeirini səsləndirən şagirdlər, bədii kompozisiyanı Böyük Zəfərimizə, Xocalıya qayıdışımıza həsr edilmiş mübariz ruhda mahnı və şeirlərlə yekunlaşdırdılar.Xocalı soyqırımında həyat yoldaşı, qardaşı və bacısı şəhid olan Nəzakət İsmayılova o müsibətli günləri dərin kədər hissi ilə xatırlayaraq Xocalı yarasının sağalmaz yara olduğunu bildirdi. Bacısı Zöhrə ilə xatirələrini bölüşən Nəzakət ana həyatdakı ən böyük arzusunun onun məzarını ziyarət edə bilmək olduğunu dedi. Bu arzusuna Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra çatdığını deyən Nəzakət İsmayılova qeyd etdi ki, şəhidlərimizin qisası alındığı üçün mənən sakitlik tapmışıq.Sonra çıxış edən Qalib Bəyməmmədoğlu, məktəbin direktoru İslam Bayramov, şəhid qardaşı Xudayar Quliyev Xocalı soyqırımının dəhşətlərindən danışdılar. Tədbirin mahiyyətini vurğulayaraq başımıza gətirilən müsibətləri unutmağa, unutdurmağa haqqımızın olmadığını qeyd etdilər. Bildirildi ki, Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib47 dəfə
    Yaloba kənd tam orta məktəbində Xocalı soyqırımının qurbanları yad edildi

    Maraqlı gələ bilər
    32
    47
    43